"Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanq İspaniyadakı evində silahlı hücuma məruz qalıb. Matc.az xəbər verir ki, bu barədə "El Pais" polisdəki mənbələrə istinadən xəbər yayıb.
 
Polis araşdırmalara futbolçunun həyat yoldaşının məlumat verməsindən sonra başlayıb. Məlum olub ki, ötən gecə ən azı 4 qarətçi 33 yaşlı hücumçunun evinə basqın edib. Onlar evdə olan Obameyanq və onun həyat yoldaşını odlu silahla hədələyib, pul tələb ediblər. Cinayətkarlar ona müqavimət göstərən futbolçunu döyüblər, hətta onun xanımının da müxtəlif bədən xəsarətləri aldığı bildirilir. Daha sonra onlar qaçaraq, aradan çıxıblar.
 
Obameyanq "Barselona"ya bu ilin yanvarında azad agent kimi keçib. O, İspaniya klubunda 24 oyuna 13 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Kataloniya klubunda daha öncə Jordi Alba, Jerar Pike, Nelson Semedo da qarətə məruz qalıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest