İtaliyanın "Leççe" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Parma"nın müdafiəçisi Cüzeppe Petsellanı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götürülüb.
 
Petsella "Palermo"nun yetirməsidir. O, peşəkar karyerasına da bu klubda başlayıb. Daha sonra "Udineze" və "Cenoa"da da oynamış sol cinah müdafiəçisi, 2019-cu ilin avqustundan "Parma"da çıxış edirdi. O, ötən mövsümü də "Atalanta"da icarədə keçirib. Petsella İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest