çimərlik Futbolu üzrə Azərbaycan milli komandasının Dünya çimərlik oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununu keçirib. Matc.az xəbər verir ki, İtaliyanın Katanya şəhərində İsveçrə milli komandası ilə qarşılaşan komandamız 4:7 hesabı ilə məğlub olub.
 
Millimizin heyətində Orxan Məmmədov və Amid Nəzərov dubl edib. 
 
Komandamız növbəti oyununu sabah Ukrayna yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest