"Qarabağ" hücumçusu İbrahima Vadjinin Fransanın "Sent Etyen" klubuna keçidini rəsmən açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, əldə olunmuş razılığa əsasən, İbrahima Vadji Fransanın "Sent Etyen" klubuna transfer olub. Ağdam klubu İbrahima Vadjiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
 
ötən mövsüm "Qarabağa transfer olmuş seneqallı futbolçu keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest