İngiltərənin "Bornmut" klubu baş məşqçisi Skott Parkerlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
42 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.
 
Sözügedən komanda Premyer Liqanın 4-cü turunda səfərdə "Liverpul"a 0:9 hesabı ilə uduzub. 1-ci turda "Aston Villa"ya 2 cavabsız qolla qalib gələn "Bornmut" növbəti matçlarda "Mançester Siti"yə 0:4, "Arsenal"a isə 0:3 hesabı ilə yenilib.
 
Xatırladaq ki, Skott Parker 2021-ci ilin iyulundan komandaya rəhbərlik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest