Fransanın "Sent Etyen" klubuna transfer olunan İbrahima Vadji "Qarabağ"la vidalaşıb. Matc.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib

Fransanın "Sent Etyen" klubuna transfer olunan İbrahima Vadji "Qarabağ"la vidalaşıb. Matc.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
 
Seneqallı futbolçu gözlənilməz səfəri səbəbindən azarkeşlərlə üzbəüz vidalaşmaq imkanının olmadığını bildirib:
 
"Bütün "Qarabağ" ailəsinə, klubda çalışanlara, əziz qardaşlarıma və azarkeşlərə salam. Bu, vida mesajıdır. Kollektiv emosiyaların çoxlu gözəl anlarını özümlə aparıram. Bu, çox tez bitsə belə, böyük macəra idi. Qalanlara uğurlar, hər şey üçün təşəkkür edirəm".
 
Xatırladaq ki, Vadji bu gün "Sent Etyen"lə 3 illik müqaviləyə imza atıb. O, ötən ilin yayından "Qarabağ"da çıxış edirdi. Seneqallı hücumçu Fransa klubuna 1.6 milyon avro qarşılığında keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest