Türkiyə millisinin sabiq hücumçusu Mevlüt Erdinç peşəkar futbolçu karyerasını başa vurub. Matc.az xəbər verir ki, 35 yaşlı futbolçu bu qərarını sosial şəbəkə hesabında açıqlayıb:
 
"Yaşadıqlarımı, qələbələri, çempionluqları, gözəl xatirələri heç bir zaman unutmayacağam. Məndə əməyi olan klublara, məşqçilərimə, dostlarıma və ailəmə çox təşəkkür edirəm. Məni mən edən futbolçu karyeramı bitirirəm".
 
Mevlüt Erdinç, son olaraq Fransanın 4-cü liqa komandası "Rasinq"də (Besançon) forma geyinib. O, dünyaya göz açdığı Fransada "Soşo, PSJ, "Renn", "Sent Etyen", "Genqam" və "Mets" klublarının da formasını geyinib. Türkiyədə "ümraniyəspor", "Kocaelispor", "Fatih Karagümrük", "Fənərbaxça", "Antalyaspor" və "Başakşəhər"in formasını geyinmiş forvard, Almaniyada da "Hannover"də oynayıb. O, Türkiyə yığmasında 35 oyuna çıxıb, 8 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest