UEFA Gənclər Liqasında 2022/23 mövsümünün çempionlar yolunun püşkü atılıb. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə ilk iki mərhələnin cütləri bəlli olub. 
 
Azərbaycan Gənclər Liqasının çempionu "Qəbələ"nin rəqibi də müəyyənləşib. 19 yaşadək futbolçulardan ibarət komandamız ilk raundda Xorvatiyanın "Hayduk" klubu ilə qarşılaşacaq. Bu mərhələnin görüşləri sentyabrın 14-də və oktyabrın 5-də keçiriləcək. "Qırmızı-qaralar" ilk matça səfərdə çıxacaq.
 
Bu cütün qalibinin ikinci mərhələdəki rəqibi də bəlli olub. "Qəbələ" mərhələ adlasa, "Astana" (Qazaxıstan) – "Apolloniya" (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu mərhələnin qarşılaşmaları oktyabrın 26-da və noyabrın 2-də təşkil olunacaq. "Hayduk" – "Qəbələ" cütünün qalibi ilk matçını səfərdə keçirəcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest