Polşa kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi Plotsk "Visla"sı da bu turnirdə ilk matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Skra" ilə qarşılaşıb və 3:1 hesablı qələbə sayəsində 1/16 finala vəsiqə qazanıb.
 
Krivotsyuk bu görüşdə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 3-cü dəqiqədə sarı vərəqə də cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest