Fransa çempionatında 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

Son çempion PSJ səfərdə "Tuluza"nı 3 cavabsız qolla məğlub edib. Lion "Olimpik"i "Oser"i, Marsel "Olimpik"i isə "Klermon"u çətinliklə məğlub edib. "Monako" da bu dəfə "Trua" ilə ev oyununda xalsız qalıb.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Nant" isə səfərdə "Strasburq"la heç-heçə edib.

Bu nəticələrdən sonra PSJ, "Lans" və Marsel "Olimpik"i 13 xalla zirvəyə şərikdirlər. Lion "Olimpik"i 10 xalla 4-cüdür. 5-ci pillədə olan "Monpelye"nin isə 9 xalı var.

Fransa, Liqa 1
5-ci tur
31 avqust

Anje – Reyms 2:4
Qol: Bufal, 59. Hunu, 67 – Munetsi, 23. İto, 45+1. Baloqun, 70. Flips, 90.

Olimpik (Lion) – Oser 2:1
Qol: Tete, 29. Ekambi, 72 – Otre, 80.

Monako – Trua 2:4
Qol: Maripan, 10. Fofana, 63 – Tardye, 22-pen. Odober, 45+2. Balde, 48. Salmye, 78.

Monpelye – Ayaçço 2:0
Qol: Nordin, 28. Vahi, 77.

Strasburq – Nant 1:1
Qol: Diallo, 28 – M.Məhəmməd, 85.

Lans – Loryan 5:2
Qol: Sotoka, 24; 77. Said, 28. Abdul Samed, 57. Opende, 86 – Moffi, 41; 50.

Lill – Nitsa 1:2
Qol: Bamba, 20 – Delor, 22. Pepe, 29.

Olimpik (Marsel) – Klermon 1:0
Qol: Geye, 49.

Renn – Brest 3:1
Qol: Rodon, 53. Terrye, 89. Dou, 90+1 – Honorat, 57.

Tuluza – PSJ 0:3
Qol: Neymar, 37. Mbappe, 50. Bernat, 90.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest