"Liverpul" "Nyukasl"la ev oyununda çətin və əzmkar qələbəyə sevinib. "Mançester Siti" isə "Nottingem Forest"lə oyunda 6 cvavabsız qolla qalib gəlib.

İngiltərə Premyer Liqasında 5-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.

"Bornmut" - "Vulverhempton" matçında qapılara qol vurulmayıb. "Arsenal" doğma meydanda "Aston Villa"ya qalib gəlibsə, Londonun digər təmsilçisi "Tottenhem" "Vest Hem"in müqavimətini qıra bilməyib. "Liverpul" "Nyukasl"la ev oyununda çətin və əzmkar qələbəyə sevinib. "Mançester Siti" isə "Nottingem Forest"lə oyunda 6 cvavabsız qolla qalib gəlib.

İngiltərə Premyer Liqası
5-ci tur
30 avqust

Kristal Pelas – Brentford 1:1
Qol: Zaha, 59 – Vissa, 88.

Fulhem – Brayton 2:1
Qol: Mitroviç, 48. Dank, 55-öz qapısına – Makallister, 60.

Sauthempton – çelsi 2:1
Qol: Lavia, 28. Armstronq, 45+1 – Sterlinq, 23.

Lids – Everton 1:1
Qol: Sinisterra, 55 – Qordon, 17.

31 avqust

Arsenal – Aston Villa 2:1
Qol: Q.Jezus, 30. Martinelli, 77 – Duqlas, 74.

Bornmut – Vulverhempton 0:0

Mançester Siti – Nottingem Forest 6:0
Qol: Haland, 12; 23; 38. Kanselo, 50. Alvares, 65; 87.

Vest Hem – Tottenhem 1:1
Qol: Souçek, 55 – Kehrer, 34-öz qapısına.

Liverpul – Nyukasl 2:1
Qol: Firmino, 61. Karvalyo, 90+8 – İsak, 38.

1 sentyabr

23:00. Lester Siti – Mançester Yunayted

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest