"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya "Frayburq"u futbolçusu Nişan Burkartı icarəyə verib. Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
22 yaşlı hücumçu mövsümün sonunadək İsveçrənin "Vintertur" komandasında çıxış edəcək.
 
"Frayburq" qrup mərhələsində ilk oyununu sentyabrın 8-də "Europa Park" stadionunda "Qarabağ"a qarşı keçirəcək. İkinci matç isə noyabrın 3-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest