"Neftçi" və "Keşlə"nin sabiq futbolçusu Bahodir Nasimov özünə yeni komanda tapıb. Matc.az saytının məlumatına görə, o, karyerasını özbəkistanda davam etdirəcək.

Cari mövsümün əvvəlində "Buxara"dan "Keşlə"yə keçən, lakin paytaxt klubunda özünü doğrultmayaraq, qış fasiləsində yola salınan forvard "Novbahor"la anlaşıb. 32 yaşlı futbolçu Namanqan klubu ilə 1 illik sözləşməyə qol çəkib.

Qeyd edək ki, Bahodir Nasimov mövsümün ilk yarısında 7 oyunda meydana çıxsa da, qol hesabını aça bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest