İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi Niderlandın "Ayaks" klubundan braziliyalı yarımmüdafiəçi Antonini transfer edib.
 
"Qırmızı şeytanlar" bu barədə rəsmi saytı vasitəsi ilə məlumat yayıb. Tərəflər daha bir mövsüm uzatma ehtimalı ilə 2027-ci ilə qədər müqavilə imzalayıblar.
 
İngiltərə klubu bu keçidə görə "Ayaks"a 95 milyon avro ödəyib. Bonuslarla bu məbləğin 100 min avroya çatması da mümkündür. 
 
"Ayaks" Antonini 2020-ci ildə yetirməsi olduğu "San Paulo"dan 15.75 milyon avro ödəməklə transfer etmişdi. Braziliyalı vinger Amsterdam təmsilçisinin heyətində meydana çıxdığı 82 matçda 24 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub. 22 yaşlı futbolçu ötən ildən dəvət aldığı Braziliya yığmasında da 9 oyuna 2 qol vurub.
 
"Mançester Yunayted" öz yarımmüdafiəçisi Amad Diallonu da "Sanderlend"ə icarəyə verib. 20 yaşlı vinger mövsümün sonuna kimi icarədə olacaq. "Qırmızı şeytanlar" onu 2021-ci ilin yanvarında İtaliyanın "Atalanta" klubundan 21.3 milyon avroya transfer edib. Fil Dişi Sahilindən olan futbolçu Mançester klubunun əsas komandasında 9 oyuna çıxıb, 1 qol vurub. O, ötən mövsüm Şotlandiyanın "Reyncers" klubuna da icarəyə verilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest