Sentyabrın 2-dən 7-dək Bolqarıstanın Sofiya şəhərində təlim-məşq toplanışında olacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoxlama oyunu keçirəcək. Matc.az xəbər verir ki, bu oyunlar sentyabrın 4-də və 7-də baş tutacaq.
 
Azərbaycan yığmasının bu hazırlıq prosesi və yoxlama oyunları üçün heyəti də məlumdur. 
 
Milliyə dəvət almış oyunçuların siyahısını diqqətinizə çatdırırıq:
 
1. Hüseynov Osman - Riqa (Latviya)
2. Məmmədzadə Sadiq - Səbail
3. Əliyev Nihad - Qarabağ
4. Qaracayev Ayxan - İUGOEM
5. Hüseynov Hüseyn - Turan Tovuz
6. Orucov Nadir - Sumqayıt
7. Tarverdiyev Əhməd - Sabah
8. Bağırzadə Ceyhun - Neftçi
9. Zeynallı Raul - Səbail
10. Bağırov Dinamin - Turan Tovuz
11. Həşumov Mehdi - Qaradağ Lökbatan
12. Cəfərli İlkin - Sabah
13. Budaqov İlkin - Qəbələ
14. Mikayılov Elton - Qarabağ
15. Əhmədzadə Nihad - Sumqayıt
16. Allahverdiyev Məhəmməd - İUGOEM
17. Ələkbərli Əşrəf - İUGOEM
18. Məmmədli Sadiq - İUEOGM
19. Mənsumov Davud - Qarabağ
20. Osmanov Niyazi - Sabah

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest