"Kəpəz"in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, Şahin Diniyevlə razılığa gələ bilməyən Gəncə klubu Tərlan Əhmədovla razılıq əldə edib.
 
Xatırladaq ki, Tərlan Əhmədov son olaraq "Keşlə"yə (indiki "Şamaxı") rəhbərlik edib. İki ildir işsiz olan mütəxəssis bu postda bir neçə gün öncə istefaya göndərilmiş Yaşar Vahabzadəni əvəz edəcək.
 
Lakin Tərlan Əhmədov matc.az saytına açıqlamasında "Kəpəz"i çalışdıracağı barədə məlumatları nə təsdiq, nə də təkzib edib:
 
"Kəpəz" rəsmiləriylə cəmi bir dəfə yüngülvari danışığımız olub. Şərtlərimizi demişik. Mən bildiyim qədərilə, onlar Şahin Diniyevin üzərində dayanıblar. Bu gün də "Qarabağ"la oyunları var, ona hazırlaşırlar. Yəqin ki, oyundan sonrakı bir-iki gün ərzində məsələ dəqiqləşər. Mənim klubla razılığa gəldiyim haqqında yazılanlar, deyilənlər isə həqiqəti əks etdirmir. Rəsmi heç bir şey yoxdur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest