Müdafiəçi Yoşko Qvardiol "Leypsiq"lə müqaviləsinin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
20 yaşlı oyunçunun "Leypsiq"lə yeni müqaviləsinə görə maaşı ciddi şəkildə artıb. Bundan başqa, yeni müqaviləyə kompensasiya daxil deyil.
 
Müdafiəçi 2021-ci ilin yayında Zaqreb "Dinamo"sundan Almaniya klubuna keçib. O, bu mövsüm Bundesliqada 4 oyun keçirib və qol vurmayıb.
 
Qvardiolun yeni müqaviləsi 2027-ci ilə qədər qüvvədə olacaq.
 
"Leypsiq" gənc müdafiəçisi Solomon Bonnanı da Avstriyanın "Austriya" (Klaqenfurt) klubuna satıb. Transferin detalları açıqlanmayıb. 19 yaşlı sağ cinah müdafiəçisi yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
 
Yarımmüdafiəçi Yoşa Voş isə "Verl" klubuna keçib. 20 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest