"Neftçi" hücumçu Mirabdulla Abbasovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Matc.az xəbər verir ki, klub futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
 
"Neftçi"nin yetirməsi olan Abbasov 2015-2016, 2017-2022-ci illər ərzində ağ-qara formada 111 oyun keçirib, 21 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest