Türkiyə Futbol Federasiyasının (TFF) binasına silahlı hücum edilib. Matc.az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb.
 
Xəbərdə yerli vaxtla 17:50-18:00 aralığında odlu silahdan TFF binasının atəşə tutulduğu diqqətə çatdırılıb.
 
Mərmilərdən birinin prezidentin əyləşdiyi otağa, daha birinin isə idarə heyətinin toplaşdığı otağa tuş gəldiyi bildirilir. ölən və ya yararlananların olub-olmadığı bilinmir. Hadisənin kim və kimlər tərəfindən törədildiyi də hələ məlum deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest