çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya çimərlik oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Norveç yığması ilə üz-üzə gələn komandamız 6:3 hesabı ilə qalib gəlib.
 
Millimizin heyətində qolları Comərd Baxşəliyev (3), İsa Zeynallı, Orxan Məmmədov və Amid Nəzərov vurub.
 
Millimiz Dünya çimərlik oyunlarında sentyabrın 3-də 9-10-cu yerlər uğrunda qarşılaşmada Moldova yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 10:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest