Bu taleyi yaşayan sonuncu komanda AZAL olub. Bakı təmsilçisi 2015/16 mövsümünün əvvəlində beş yenilgini sıralayıb.

Misli Premyer Liqasının V turunda "Qarabağ"ı qəbul edən "Kəpəz" 0:1 hesabı ilə uduzub. Matc.az xəbər verir ki, bu, Gəncə təmsilçisinin mövsümdə 5-ci məğlubiyyəti olub.
 
Qərblilər son 7 mövsümün antirekorduna imza atıb. Bu müddətdə "Kəpəz"dən başqa heç bir komanda ilk beş turu xalsız başa vurmayıb.
 
Bu taleyi yaşayan sonuncu komanda AZAL olub. Bakı təmsilçisi 2015/16 mövsümünün əvvəlində beş yenilgini sıralayıb.
 
"Kəpəz" də tarixinin ən uğursuz startına imza atıb. Qərblilər heç vaxt ilk 5 oyunda uduzmamışdı. 2012/13 mövsümünə 4 məğlubiyyətlə başlayan gəncəlilər beşinci görüşdə qələbə qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest