"Olimpiakos" 25 yaşlı yarımmüdafiəçinin transferi üçün Danimarka klubuna 6 milyon avro ödəyib.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u növbəti transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, Pirey təmsilçisi Danimarkanın "Kopenhagen" klubundan Pep Bieli transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hücumameyilli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. 
 
"Olimpiakos" 25 yaşlı yarımmüdafiəçinin transferi üçün Danimarka klubuna 6 milyon avro ödəyib.
 
2019-cu uldən Danimarka klubunda çıxış edən ispaniyalı futbolçu bu komandada 128 oyuna çıxıb. O, bu görüşlərdə 32 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb. Biel daha öncə "Saraqosa", "Malyorka", "Rayo Valyekano" kimi klubların da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest