"Mançester Yunayted"in hücumçusu Markus Reşfordun taleyinə aydınlıq gəlib. Matc.az saytının "Mirror" nəşrinə istinadən məlumatına görə, gənc forvard komandasını tərk etməyəcək.

21 yaşlı futbolçu "Barselona"dan təklif almasına baxmayaraq, uzun müddət "mankunianlar"da qalmaq niyyətindədi. Rəhbərliklə bu barədə danışıq da müsbət nəticələnib. İngiltərə millisinin üzvü komandası ilə yeni 6 illik sazişə razılıq verib.

Qeyd edək ki, Markus Reşfordun "Mançester Yunayted"lə hazırkı müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest