İngiltərənin "çelsi" klubundan ayrılan Markos Alonso özünə yeni iş yeri tapıb. Matc.az xəbər verir ki, ispaniyalı futbolçu "Barselona"ya keçib.
 
Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. "Barselona" ona qiymət də qoyub. 2023-cü ilin 30 iyununa qədər Alonsonu heyətinə qatmaq istəyən klub "Barsa"ya 50 milyon avro ödəməlidir.
 
Alonso "Barselona"nın əzəli rəqibi olan Madrid "Real"ının yetirməsidir. O, 2016-cı ildən "çelsi"nin uğurları üçün çalışırdı. Futbolçu ilə London klubu arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Azad agent statusu alan ispan futbolçu Premyer Liqa nəhənginin heyətində meydana çıxdığı 212 oyunda 29 qola imza atıb. Alonso, karyerası ərzində "Bolton", "Fiorentina" və "Sanderlend"in də uğurları üçün çalışıb. O, İspaniya yığmasında 9 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest