Bu gün Misli Premyer Liqasında V turun daha iki oyunu keçirilib. Matc.az xəbər verir ki, günün ilk görüşü Şamaxıda eyniadlı komanda ilə "Turan Tovuz" arasında baş tutub. Bu oyunda Tovuz təmsilçisi minimal hesabla qalib gəlib.
 
çempionatın gümüş medalçısı "Neftçi" isə öz meydanında "Sumqayıt"ı sınağa çəkib. Hələ də qol həsrətində olan "Gənclik şəhəri" təmsilçisi sensasiya arzusunda olsa da, yenə məyus olub. Bakılılar darmadağınla qalib gəliblər.
 
Qeyd edək ki, turun açılış matçında "Qarabağ" "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. Sabah keçiriləcək "Sabah" – "Səbail" və "Zirə" – "Qəbələ" qarşılaşmaları ilə V tura yekun vurulacaq.
 
Misli Premyer Liqası
V tur
3 sentyabr (şənbə)
 
"Şamaxı" – "Turan Tovuz" 0:1
Qol: R.Eva, 85.
Şamaxı şəhər stadionu. Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
 
Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 77. Samir Qurbanov, 83. Nihad Quliyev, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev.
Baş məşqçi: Vüqar Əsgərli.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.
 
"Neftçi" – "Sumqayıt" 3:0
Qol: A.Caber, 19. E.Mahmudov, 55-pen. R.Hacıyev, 77.
"Bakcell Arena". Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
 
Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. ömər Buludov, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 18. Vato Arveladze, 7. Azər Əliyev, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 94. Əlirza Müştəbazadə, 17. Rəhman Hacıyev, 2. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Sumqayıt: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 30. Filipe çabi, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 22. Damian Daniçiç, 37. Alya Ture.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 56. Ayxan Qocayev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 10. Vüsal İsgəndərli, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 23. Rifat Nurmuqamet, 70. Ouro-Nil Ture.
Baş məşqçi: Aleksey Baqa.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest