Minifutbol üzrə Azərbaycan çempionu "Beerbaşa" komandası EMF çempionlar Liqasında növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, komanda 1/8 finalda Rumıniya təmsilçisi "Old Boys"la üz-üzə gəlib.
 
Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında 2:1 hesablı qələbə qazanan "Beerbaşa" 1/4 finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest