"Tottenhem"in sabiq futbolçusu Yan Vertongen klubunu dəyişib. Matc.az xəbər verir ki, 35 yaşlı müdafiəçi "Benfika"dan (Portuqaliya) "Anderlext"ə (Belçika) keçib.
 
Bu barədə klubların rəsmi saytları məlumat yayıb. Oyunçu ilə 2 illik müqavilə imzalanıb.
 
Vertongen keçirdiyi matçların sayına görə Belçika millisinin rekordçusudur. O, yığma ilə 139 görüşdə iştirak edib. Yan 2012-2020-ci illərdə "Tottenhem"in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest