Premyer Liqanın 5-ci turu çərçivəsində "Sumqayıt"la qarşılaşan "Neftçi"nin daha bir futbolçusu zədələnib. Matc.az xəbər verir ki, "ağ-qaralar"ın Gürcüstandan olan yarımmüdafiəçisi Vato Arveladze qarşılaşmanın ilk hissəsində sıradan çıxıb.
 
Əzələsi dartılan 24 yaşlı oyunçu 40-cı dəqiqədə Rəhman Hacıyevlə əvəzlənib.
 
Xatırladaq ki, Arveladze isinmə hərəkətləri zamanı zədələnən Kenni Sayevin əvəzində start heyətində meydana buraxılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest