İngiltərənin "çelsi" klubu baş məşqçisi Tomas Tuxellə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
 
Buna "zadəganlar"ın UEFA çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Xorvatiyada Zaqreb "Dinamo"suna 0:1 hesablı məğlubiyyəti səbəb olub.
 
"Dinamo"da Azərbaycan millisinin hücumçusu Mahir Emreli də forma geyinir.
 
Tuxel 2021-ci ilin əvvəlindən "çelsi"yə rəhbərlik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest