Bolqarıstanın Sofiya şəhərində təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
 
Xatırladaq ki, Azərbaycan millisi bu rəqibə ilk oyunda da 0:4 hesabıyla məğlub olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest