Futbol üzrə Fransa çempionatında 2-ci turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, günün yeganə matçında "Loryan" doğma meydanda Lion "Olimpik"i ilə qarşılaşıb.

Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə seviniblər. İlk hissəni 2:1 öndə qapayan "Loryan" fasilədən sonra da yekun nəticəni müəyyənləşdirib.

6 turdan sonra PSJ və Marsel "Olimpik"inin hesabında 16 xal var. "Lans" 14 xalla üçüncüdür. Lion "Olimpik"i ilə "Loryan" isə 13 xalla qonşu pillələrdə qərarlaşıblar.

Fransa, Liqa 1
2-ci turun oyunu
7 sentyabr

Loryan – Olimpik (Lion) 3:1
Qol: Le Fi, 6. Moffi, 33. Outtara, 49 – Lakazett, 28.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest