"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın "Nant" klubu baş məşqçisi Antuan Kombuareni istefaya göndərə bilər. Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində bu gün baş tutacaq Yunanıstan "Olimpiakos"u ilə oyunda məğlubuyyət Kombuarenin istefasını rəsmiləşdirə bilər.
 
"Nant" Fransa çempionatında da yeni mövsümə uğursuz başlayıb. Komanda 6 oyuna cəmi 1 qələbə qazanıb və 6 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
 
"Nant" - "Olimpiakos" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Fransa təmsilçisinin "Qarabağ"la ilk oyunu sentyabrın 15-də Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest