"Qalatasaray" klubunun transfer danışıqlarına başladığı ispaniyalı futbolçu Xuan Mata İstanbula gəlib. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray" klubunun rəsmiləri tərəfindən qarşılanan təcrübəli futbolçuya azarkeşlər sarı-qırmızı şərf taxıb.
 
Futbolçu tibbi müayinədən keçdikdən sonra "cim-bom"la müqaviləyə imza atacaq. Lakin müqavilənin detalları açıqlanmır.
 
Mata karyerasına 2003-cü ildə 15 yaşında "Real"ın əvəzedici komandasında başlayıb. 2007-ci ildə "Valensiya"ya keçən 34 yaşlı yarımmüdafiəçi 2011-ci ildə İngiltərə Premyer Liqası komandalarından "çelsi"yə, 2014-cü ildə isə "Mançester Yunayted"ə transfer edilib.
 
Karyerası boyunca 632 rəsmi matça çıxan Xuan Mata 138 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest