UEFA-nın mətbuat xidməti "Twitter" hesabında "Napoli"nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliyaya həsr olunmuş paylaşım edib. Matc.az xəbər verir ki, paylaşımda belə yazılıb: "Kvaratsxeliya xüsusidir".
 
"Napoli" ötən gecə UEFA çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Liverpul"a qalib gəlib (4:1). Gürcü futbolçu bu oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.
 
21 yaşlı Kvaratsxeliya cari mövsümün startından əvvəl "Dinamo"dan (Batumi, Gürcüstan) "Napoli"yə keçib. Onun atası Badri Kvaratsxeliya 1997-98-ci illərdə "Kəpəz"də, 1998-2005-ci illərdə isə "Şəmkir"də oynayıb. Badri Azərbaycan milli komandasının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest