İtaliya A Seriyasında ötən ayın ən yaxşı futbolçusu bəlli olub. Matc.az xəbər verir ki, bu ada "Napoli"də çıxış edən Xviça Kvaratsxeliya layiq görülüb.
 
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. 21 yaşlı hücumçu səsvermədə "Roma"dan Paulo Dibalanı, "Atalanta"dan Ten Kopmeynersi, "İnter"dən Lautaro Martinesi və "Yuventus"dan Duşan Vlahoviçi qabaqlayıb.
 
Gürcüstanlı forvard avqustda A Seriyasında 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Kvaratsxeliya cari mövsüm çempionatda 4 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest