Futzal üzrə Yüksək Liqanın iki iştirakçısı yoxlama oyununda üz-üzə gəlib. Matc.az xəbər verir ki, "Olimpik Star"da ölkə çempionu "Araz-Naxçıvan" Azərbaycan kubokunun son qalibi "Neftçi" İK-nı sınağa çəkib.
 
Qarşılaşma çempionun qələbəsi ilə başa çatıb – 6:0. "Araz-Naxçıvan"ın heyətində Fərid Ələkbərov, Andreu, Xəzər Ağalızadə, Vitao, Oktay Rüstəmli və Felipinyo fərqlənib. "Neftçi" İK 2 dəfə 10 metrlik zərbə vurmaq hüququ qazansa da, Rüfət Balakişiyev və Əjdər Əjdərov fərqlənə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest