"Tottenhem"in və PSJ-nin sabiq müdafiəçisi Serj Orye özünə yeni iş yeri tapıb. Matc.az xəbər verir ki, bu yay İspaniyanın "Vilyarreal" klubundan azad agent kimi ayrılmış futbolçu İngiltərə Premyer Liqasının yeni iştirakçılarından olan "Nottingem Forest"ə keçib.
 
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Oryenin yeni klubu ilə imzaladığı müqavilənin müddəti və digər detalları açıqlanmır.
 
Serj Orye yay transfer dövründə "Nottingem Forest"in sayca 22-ci transferidir. İngiltərədə transfer pəncərəsi sentyabrın 1-də bağlanıb, lakin klub futbolçunu iş vizası almaq şərti ilə, azad agent kimi qeydiyyatdan keçirə bilər.
 
ötən mövsüm Orye "Vilyarreal"ın heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Peşəkar karyerasına "Lans"da başlamış 29 yaşlı futbolçu, PSJ və "Tottenhem"dən başqa, "Tuluza"da da oynayıb. O, Fil Dişi Sahili yığmasında 81 oyuna 4 qol vurub.
 
Yeri gəlmişkən, Orye ilə vidalaşan "Vilyarreal" da heyətinə 2 yeni futbolçu cəlb edib. La Liqa təmsilçisi "Elçe"dən Yohan Moxikanı transfer edib. "Vilyarreal" bu keçidə görə qarşı tərəfə 5.5 milyon avro ödəyib. 30 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Kolumbiyadan olan sol cinah müdafiəçisi 2021-ci ildən "Elçe"də forma geyinirdi. O, daha öncə "Akademiya", "Lyanores", "Deportivo Kali", "Rayo Valyekano", "Valyadolid", "Jirona" və "Atalanta" kimi klublarda da forma geyinib. Müdafiəçi Kolumbiya yığmasında 19 oyuna 1 qol vurub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest