Türkiyənin "Konyaspor" klubu iki futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi bosniyalı yarımmüdafiəçisi Amar Rahmanoviçi Rusiyanın "Krılya Sovetov" klubuna satıb.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Konya klubu bu satışdan 750 min avro qazanıb. 28 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
 
"Konyaspor" Rahmanoviçi 2021-ci ilin yanvarında "Sarayevo"dan 300 min avroya transfer etmişdi. O, bu komandanın heyətində 61 oyuna çıxıb, 8 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Amar "Sloboda" (Tuzla), "Novi Pazar", "Olimpik", "İstra 1961", "Koper", "Maribor" və "çelye"də də oynayıb. Yarımmüdafiəçi Bosniya və Herseqovina yığmasında da 5 oyun keçirib.
 
Konya klubu gənc yarımmüdafiəçi Adem Eren Kabakı da "Bucaspor"a icarəyə verib. "Konyaspor"un öz yetirməsi olan 21 yaşlı futbolçu 2022/23 mövsümünün sonunadək "Bucaspor"da forma geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest