Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Krılya Sovetov"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Azərbaycanlı futbolçular bu matçın iştirakçısı olmayıblar. Ayaz Quliyevin adı ümumiyyətlə iştirak ərizəsinə salınmayıb. İlya Sadıqov isə sonadək ehtiyatda qalıb.
 
"Ximki" 9 turdan sonra 8 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest