Görüşün baş hakimi David Smayç olacaq. Splitdəki matçda ona David Qabroveç və Tomaş Çerne kömək edəcək. Dördüncü hakim funksiyasını xorvatiyalı Ante Terziç yerinə yetirəcək.

UEFA Gənclər Liqasının "Hayduk" – "Qəbələ" matçının təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, "Qəbələ"nin U-19 komandasının çempionlar Yolunun 1-ci mərhələsindəki ilk oyununu sloveniyalı ədalət təmsilçiləri idarə edəcək.
 
Görüşün baş hakimi David Smayç olacaq. Splitdəki matçda ona David Qabroveç və Tomaş çerne kömək edəcək. Dördüncü hakim funksiyasını xorvatiyalı Ante Terziç yerinə yetirəcək.
 
Sentyabrın 12-də baş tutacaq "Hayduk" – "Qəbələ" matçı "Polyud" stadionunda keçiriləcək.
 
UEFA Gənclər Liqası
çempionlar yolu, 1-ci mərhələ
İlk oyun, 12 sentyabr
 
19:00. "Hayduk" (Xorvatiya) – "Qəbələ" (Azərbaycan)
Hakimlər: David Smayç, David Qabroveç, Tomaş çerne (hamısı Sloveniya), Ante Terziç (Xorvatiya).
Split. "Polyud" stadionu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest