"Fulhem"in baş məşqçisi Klaudio Ranyeri vəzifəsindən qovula bilər. Matc.az saytının AS nəşrinə istinadən məlumatına görə, London klubu komandanın hazırkı durumundan məmnun deyil.

Komandanın uğursuz çıxışlarını nəzərə alan rəhbərlik Ranyeri ilə vidalaşmağı planlaşdırır. Onu kimin əvəzləyəcəyi də artıq müəyyənləşib. Belə ki, paytaxt təmsilçisi bu posta "Betis"in sabiq baş məşqçisi Viktor Sançes del Amonu gətirməyə hazırlaşır.

Qeyd edək ki, Klaudio Ranyeri "Fulhem"də ötən ilin noyabrında Slaviş Yokanoviçi əvəzləmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest