"Şamaxı"nın hücumçusu Amil Yunanov əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
29 yaşlı futbolçunun Türkiyənin İstanbul şəhərində əməliyyat olunduğu diqqətə çatdırılıb. Hücumçunun bərpa müddəti barədə açıqlama verilmir. Amma Amilin azı 2-3 ay yaşıl meydanlardan kənarda qalması ehtimal olunur.
 
Xatırladaq ki, Amil Yunanov sentyabrın 3-də keçirilən "Turan Tovuz"la ev oyununda (0:1) qapıya zərbə endirərkən qasıq nahiyəsindən zədə almışdı. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest