"Qarabağ"ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir Ağdam klubuna keçidini xatırlayıb. Matc.az xəbər verir ki, o, bu barədə ölkəsinin mətbuatına müsahibəsində bunları söyləyib:

"Qarabağ"ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir Ağdam klubuna keçidini xatırlayıb. Matc.az xəbər verir ki, o, bu barədə ölkəsinin mətbuatına müsahibəsində bunları söyləyib:
 
"Lans"dan ayrıldıqdan sonra Belçika çempionatı və Liqa 1-dən təklif almışdım. Amma bu, maddi planda kluba, layihə olaraq mənə uyğun deyildi. Sonra isə "Qarabağ" variantı ortaya çıxdı".
 
31 yaşlı hücumameylli yarımmüdafiəçi əvvəlcə təklifə razılıq verməkdə tərəddüd etdiyini bildirib: "çünki klubu ümumiyyətlə tanımırdım. Sadəcə, çempionlar Liqasının qrupunda oynadığını bilirdim. Daha sonra mənə orada oynayan Əlharbi Əl Jadeyuinin nömrəsi verildi. Dedi ki, mənə güvən və bu komandaya keç".
 
Xatırladaq ki, Abdullah Zubir 2018-ci ilin iyunundan "Qarabağ"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest