Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Nijni Novqorod"la qarşılaşıb. Azərbaycanlı futbolçuların komandası bu oyundan məğlubiyyətlə ayrılıb. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla bitib. Lakin reqlamentə əsasən, heç-heçə bitən qrup matçlarında penalti seriyasından istifadə olunur. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən meydan sahibləri 5:3 hesabıyla üstün olublar.
 
Ayaz Quliyevin adı bu matçın iştirak ərizəsinə salınmayıb. İlya Sadıqov isə start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
 
Xalsız olan "Ximki" 4 komandalı qrupda sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest