Niderlandın "Eyndhoven" klubunda çıxış edən Ozan Can Kökçü Azərbaycanın əsas milli komandasına dəvət alıb. Matc.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.

Niderlandın "Eyndhoven" klubunda çıxış edən Ozan Can Kökçü Azərbaycanın əsas milli komandasına dəvət alıb. Matc.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.
 
24 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqası çərçivəsində baş tutacaq Slovakiya və Qazaxıstan yığmaları ilə oyunlar üçün millimizin heyətinə cəlb olunacaq.
 
Daha əvvəl Azərbaycanın U-20 və U-21 millisində forma geyinmiş Türkiyə əsilli oyunçu ilk dəfə əsas yığmamıza çağırılır. "Eyndhoven"ə bu yay "Telstar"dan transfer olunan Ozan, bu komandanın heyətində keçirdiyi 6 oyunda 3 qol vurub. O, daha öncə ölkəmizdə "Sabah"ın formasını geyinib.
 
Sentyabrın 22-də Slovakiyanın qonağı olacaq Azərbaycan yığması, 3 gün sonra Qazaxıstanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest