Səbəbi dəqiqləşdirdik və məlum oldu ki, Ziyabillə oyunun 4-cü hakimi arasında mübahisə yaşanıb. Futbolçu hakimin tələblərinə yüksək səslə cavab verib və bu da Vüqar Həsənlinin baş hakimi olay yerinə çağırmasına səbəb olub.

Azərbaycan çempionatının birinci divizionunda bu gün keçirilən "Kəpəz" – "Zaqatala" matçında maraqlı hadisə yaşanıb. Hətta bunu futbol meydanlarında görünən nadir olay da saymaq olar. Matc.az xəbər verir ki, qarşılaşmanın 81-ci dəqiqəsində meydan sahiblərinin heyətində əvəzetmə olub: Əli Səmədov Ziyabil Məmmədovla əvəzlənib. Amma meydana girən futbolçu ot örtüyünə ayaq basmamış sarı vərəqə ilə cəzalandırılıb. Bu, 4-cü hakimin baş hakimə göstərişindən sonra baş verib.

Səbəbi dəqiqləşdirdik və məlum oldu ki, Ziyabillə oyunun 4-cü hakimi arasında mübahisə yaşanıb. Futbolçu hakimin tələblərinə yüksək səslə cavab verib və bu da Vüqar Həsənlinin baş hakimi olay yerinə çağırmasına səbəb olub. Və Ziya Nəsirli də meydana girmək üzrə olan futbolçunu cəzalandırıb (futbolinfo.az)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest