İngiltərənin "Everton" klubu heyətinə yeni qapıçı cəlb edib. Matc.az Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı isveçrəli Eldin Yakupoviçlə 1 illik müqavilə imzalanıb.
 
Komandanın əsas qolkiperi Cordan Pikford və Endi Lonerqan zədə səbəbindən sıradan çıxıb.
 
Eldin Yakupoviç son olaraq "Lester Siti"nin şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest