"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Fransanın "Nant" klubu ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi sabah keçiriləcək matçdan öncə Azərbaycan və Ermənistan arasındakı hərbi münaqişədə şəhid olan həmvətənlərimizlə bağlı 1 dəqiqəlik sükut elan edilməsi ilə üçün UEFA-ya müraciət etmişdi.
 
UEFA bu müraciətə müsbət cavab verməyib. Belə ki, qitə futbol qurumundan klubun narahatlığının başadüşülən olduğu, amma bunun futbolla əlaqəli olmadığı bildirilib.
 
Buna baxmayaraq, azarkeşlər öz təşəbbüsü ilə arenada 1 dəqiqəlik sükut edəcəklər. Bu barədə fanatların yaydığı açıqlamada bunlar qeyd olunub:
 
"Qarabağ" – "Nant" matçında şəhidlərin xatirəsini yad etmək məqsədi ilə hər kəsdən start fitindən sonra 1 dəqiqəlik ayaq üstdə sükut etməyi xahiş və tələb edirik. Şəhidlər ölməz, vətən bölünməz!"
 
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək "Qarabağ" – "Nant" matçına saat 20:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest