Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, komandamız Türkiyənin müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşıb.
 
Oyun 3:0 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatıb.
 
Bu komandalar arasında növbəti oyun sentyabrın 17-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest