Zenitsa şəhərini təmsil edən "Çelik" hazırda Bosniya və Herseqovina Premyer Liqasında geridə qalan 19 turdan sonra 21 xalla 12 kollektiv arasında 9-cu sırada qərarlaşıb. Komandanın baş məşqçisi türkiyəli mütəxəssis Adnan Örnəkdi.

Azərbaycan millisinin sabiq üzvü Amit Quluzadə özünə yeni klub tapıb. Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu yenidən legioner həyatı yaşayacaq O, bu dəfə Bosniya və Herseqovinanın "çelik" klubuna üz tutub. Tərəflər artıq rəsmi müqaviləyə imza atıblar. Amit yeni komandasında 18 nömrəli formanı geyinəcək. Bu barədə məlumatı Quluzadə "Facebook"dakı şəxsi səhifəsində yayıb.

Zenitsa şəhərini təmsil edən "çelik" hazırda Bosniya və Herseqovina Premyer Liqasında geridə qalan 19 turdan sonra 21 xalla 12 kollektiv arasında 9-cu sırada qərarlaşıb. Komandanın baş məşqçisi türkiyəli mütəxəssis Adnan örnəkdi.

Qeyd edək ki, Quluzadənin son iş yeri ötən yay yollarını ayırdığı Kosovonun "Drita" klubu olub. O, bunadək Türkiyə, Portuqaliya və Yunanıstanda da legioner həyatı yaşayıb. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest